"Qəbələ"nin qış fasiləsindəki rəqibləri məlum olub

18:15 6 Dekabr 2022

"Qəbələ"nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri bəlli olub

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına yanvarın 4-dən 17-dək Antalyada hazırlaşacaq.

 

Komanda toplanış müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaq matçında isə rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.


Digər xəbərlər

Xəbər xətti