UEFA Azərbaycan klublarına ödəniş etdi

15:46 9 Dekabr 2022

UEFA Azərbaycanın dörd klubuna ödəniş edib.

 

Sportarena.az xəbər verir ki, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub.

 

"Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib.

 

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.


Digər xəbərlər

Xəbər xətti