Azərbaycan klubları dünya reytinqində irəliləyib

10:16 18 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.

 

Aktivində 139 xal olan “Qarabağ” 7 pillə irəliləyərək 78-ci olub.

 

“Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyişi müşahidə edilib. “Ağ-qaralar” 385-ci yerdən 290-cı pilləyə, “Zirə” isə 577-ci pillədən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66,5, “Zirə” isə 50,25 xala malikdir.

 

İlk “3-lük”də “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 273) qərarlaşıb.


Xəbər xətti