Messi PSJ-də qalır, iki illik müqavilə imzalanacaq

20:37 26 Yanvar 2023

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadacaq.

 

Sportarena.az  "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, sözləşmə ən azı iki mövsüm üçün nəzərdə tutulacaq və 36 yaşlı hücumçunun maaşı artılacaq.

 

Təcrübəli oyunçu heç bir klubun ona layiqli təklif etmədiyi üçün müqaviləni uzatmaq qərarına gəlib.

 

Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir. O, cari mövsüm Liqa 1-də 15 oyuna çıxıb, 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti