"Marsel" mərakeşli futbolçu ilə gücləndi

21:54 27 Yanvar 2023

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Anje"dən Azzedin Unaini transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.


"Marsel" mərakeşli yarımmüdafiəçi üçün onun klubuna 10 milyon avro ödəyəcək. 22 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Azzedin Unai 2021-ci ilin yayından "Anje"də çıxış edir. Mərakeş millisinin üzvü cari mövsümdə komandanın heyətində 15 rəsmi matçda meydana çıxıb.


Xəbər xətti