“Qaziantep” məşqçisi ilə yollarını ayırdı

09:37 28 Yanvar 2023

Türkiyənin “Qaziantep” klubu baş məşqçi Erol Bulutu istefaya göndərib.

 

Sportarena.az istefaya komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb olub.

 

Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda cari mövsümdə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.

 

Bulut 2021-ci ilin mayından “Qaziantep”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 65 matça çıxıb, 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.


Digər xəbərlər

Xəbər xətti