Rüstəm Orucov Qran-pridə olmayacaq

13:09 28 Yanvar 2023

Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirində iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən, mübarizə aparmayacaq.

 

Yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olan Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti