"Trabzonspor" uduzdu, "Qalatasaray" darmadağınla qalib gəldi - VİDEOLAR

23:38 28 Yanvar 2023

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

 

“Sivasspor” – “Adana Dəmirspor” matçında qonaqlar qələbə qazanıblar. “Ankaragücü” də evdə “Qaziantep”ə məğlub olub. Səfərdə “Hatayspor”la qarşılaşan son çempion “Trabzonspor” turu məğlubiyyətlə başa vurub. “Antalyaspor” – “Ümraniyəspor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Girəsunspor”un qonağı olan “Qalatasaray” isə darmadağına sevinib.

 

Türkiyə Super Liqası

21-ci tur

28 yanvar

Sivasspor – Adana Dəmirspor 1:2

Qol: Kofi, 63 – E.Akbaba, 41. Akintola, 56.

 

Ankaragücü – Qaziantep 0:2

Qol: Djibolodji, 47. Fiqeyredo, 90+7.

 

Hatayspor – Trabzonspor 2:1

Qol: El Kaabi, 47. B.Yıldırım, 50 – Bardi, 9.

 

Antalyaspor – Ümraniyəspor 3:2

Qol: Larsson, 38. G.Vural, 48. Fredi, 90+3 – U.Nayir, 33. O.Ayık, 56.

 

Girəsunspor – Qalatasaray 0:4

Qol: Mertens, 45+3. Dubua, 60. Raşiça, 88. Y.Akgün, 90+5.


Digər xəbərlər

Xəbər xətti