PSJ-də Mbappe şoku - "Bayern" ilə oyunu buraxa bilər

10:56 2 Fevral 2023

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransada Almaniya "Bayern"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər.

 

Sportarena.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna 25 yaşlı hücumçunun Liqa 1-in XXI turunda "Monpelye" ilə matçda zədələnməsi səbəb olub.

 

21-ci dəqiqədə əvəzlənən forvard dizindən xəsarət alıb.

 

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.


Xəbər xətti