Super Liqa klubunda iki yeni futbolçu

13:43 3 Fevral 2023

“Kasımpaşa” heyətini yeni futbolçularla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubundan Fabiano Silvanı, Belçikanın “Şarlerua” komandasından isə Ali Qolizadeni icarəyə götürüb.

 

Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunun uğurları üçün çalışacağı açıqlanıb.

 

“Braqa”nın yetirməsi olan Fabiano daha öncə “Akademika”da da icarədə oynayıb. Braziliyadan olan 22 yaşlı sağ cinah müdafiəçisi “Braqa”nın əsas komandasında 59 oyun keçirib.

 

İranın “Saypa” klubunun yetirməsi olan Qolizade isə 2018-ci ildən “Şarlerua”da çıxış edir. Əslən Ərdəbildən olan iranlı futbolçu Belçika komandasında 143 oyuna 23 qol vurub. 26 yaşlı forvard İran yığmasında da 29 oyuna 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti