“O, çox yaxşı oğlandır” – Kurtua

15:37 3 Fevral 2023

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının təxirə salınmış 17-ci turunun “Valensiya” ilə görüşünü (2:0) şərh edib.

 

Sportarena.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, “Real Sosyedad” ilə matçı (0:0) xatırlayıb:

“Mən “Real Sosyedad” üzərində qalib gəlməyi üstün tuturdum. Bu oyun da yaxşı keçdi. Müdafiədə etibarlı oynadıq”.

 

Belçikalı qapıçı komanda yoldaşı Vinisius Junior haqda aşağıdakı sözləri dilə gətirib:

“Vinisiusu qorumalıyıq. O, çox yaxşı oğlandır. Topla əla hərəkətlər edir. Müdafiəçilər belə şeyləri sevmir. Oyunların çoxunda rəqiblər onun ayağına zərbələr endirirlər. Şadam ki, hakim Paulistanı (“Valensiya”nın futbolçusu) meydandan kənarlaşdırmaq üçün cəsarət göstərdi”.

 

Qeyd edək ki, “Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti