"Futbolçular pomidor yeşiyinə bənzəyirlər"

18:48 4 Fevral 2023

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli müasir futbolda transfer bazarını sərt tənqid edib.

 

Sportaren.az AS-a istinadən xəbər verir ki, o, futbolçuların mal kimi qəbul olunmağa başlanıldığını qeyd edib. Argentinalı mütəxəssis futbolçuları pomidor yeşiklərinə bənzədi:

“Oyunçulara baxanda adətən insanları görürəm, bazar üçün onlar sadəcə əmtəədir. Onlar pomidor yeşiyinə bənzəyirlər. Bəzən onları çoxlu pula alırlar, altı aydan sonra isə pulsuz icarəyə verirlər".


Digər xəbərlər

Xəbər xətti