PSJ-nin əsas izləyicilərindən xal itkisi

09:46 6 Fevral 2023

Fransa çempionatında 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son gündə daha 7 qarşılaşma baş tutub.

 

“Monako” səfərdə “Klermon”u, “Nant” isə “Ayaçço”nu 2 cavabsız qolla məğlub edib. “Strasburq” da “Monpelye”yə doğma meydanda oxşar hesabla qalib gəlib. Dörd qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Nitsa” matçında isə qonaqlar qələbə qazanıblar.

 

Hazırda 54 xala malik PSJ vahid liderdir. Bu komandanın əsas izləyiciləri olan Marsel “Olimpik”i ilə “Lans”ın isə 46 xalı var. “Monako” 44 xalla 4-cüdür.

 

Fransa, Liqa 1

22–ci tur

5 fevral

Klermon – Monako 0:2

Qol: Maripan, 3. Embolo, 13.

 

Ayaçço – Nant 0:2

Qol: Gessan, 64. Blas, 89.

 

Oser – Reyms 0:0

 

Loryan – Anje 0:0

 

Strasburq – Monpelye 2:0

Qol: Diallo, 1; 45.

 

Brest – Lans 1:1

Qol: Le Duaron, 54 – Qradit, 83.

 

Olimpik (Marsel) – Nitsa 1:3

Qol: Malinovski, 60 – Diop, 38. Laborde, 44. Brahimi, 85.


Digər xəbərlər

Xəbər xətti