UEFA Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib

13:21 6 Fevral 2023

UEFA Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, paylaşımda qurumun və Avropa futbol ictimaiyyətinin Türkiyə və Suriya xalqının, həmçinin hadisədən zərər çəkənlərin yanında olduğu vurğulanıb.

 

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti