Türkiyədə daha bir neçə idmançı dağıntılar altında qalıb, tanınmış güləşçi kömək istəyib

13:41 6 Fevral 2023

Türkiyənin "İskenderunspor" futbol komandasının iki məşqçisi dağıntılar altında qalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi tviter hesabından paylaşım olunub.

 

Ölkənin tanınmış sərbəst güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin qaldığı binanın da uçduğunu diqqətə çatdırıb. O, tez bir zamanda yardım gözlədiklərini yazıb.

 

Bundan əlavə, "Hatay" komandasının 14 voleybolçusu da dağıntılar altında qalıb.

 

Həmçinin "Malatya Büyükşehir Belediyespor"un 6 voleybolçusunun qaldığı otel uçub. Hələlik onlardan üçü xilas edilib.

 

Bundan əlavə, futbol üzrə Türkiyə 1-ci Liqasında çıxış edən "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı bildirilib.

 

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.


Xəbər xətti