Zəlzələ zamanı binadan tullanan türkiyəli futbolçu yaralanıb

19:11 6 Fevral 2023

Türkiyənin “Yeni Malatyaspor” klubunun futbolçusu Barış Başdaş ağır yaralanıb.

 

Sportarena.az “Fanatik”ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi baş vermis zəlzələ zamanı yaşadığı binanın ikinci mərtəbəsindəki evinin eyvanından tullanıb.

 

Ciddi xəsarət aldığı bildirilən Türkiyənin gənclər yığmasının sabiq oyunçusu dərhal xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan hələ tapılmayıb.


Xəbər xətti