Zlatan İbrahimoviç: "Azərbaycan millisi ilə oyun tam fərqli olacaq"

14:21 26 Mart 2023

"Sabahkı qarşılaşma tam fərqli olacaq".

 

Sportarena.az xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

 

İtaliya "Milan"ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".

 

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti