Tanınmış basketbolçu Azərbaycan Kubokunun final oyununu izləyəcək

14:41 26 Mart 2023

"Gəncə" və NTD komandaları arasında Azərbaycan Kubokunun final oyununu izləyənlər arasında gürcüstanlı veteran basketbolçu Nikoloz Tskitişvili də olacaq.

 

Sportarena.az xəbər verir ki, keçmiş NBA oyunçusu Sərhədçi İdman Mərkəzində keçiriləcək həlledici matça tribunadan tamaşa edəcək.

 

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Oyun "CBC Sport" telekanalı və federasiyanın rəsmi yutub hesabı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti