“Trabzonspor”a yeni prezident seçildi

11:29 27 Mart 2023

Türkiyənin “Trabzonspor” klubunun prezidenti postuna seçkilər keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu vəzifəyə seçkilərdə yeganə namizəd olan Ertuğrul Doğan seçilib.

 

O, Trabzon təmsilçisinin 18-ci prezidenti olub. Ertuğrul Doğan bu postda bir müddət öncə istefa vermiş Ahmet Ağaoğlunu əvəzləyib. O, 20 ay müddətinə Trabzon klubuna rəhbərlik edəcək.


Xəbər xətti