Ronaldo öz rekordunu yenilədi

13:33 27 Mart 2023

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Lüksemburqla oyunda növbəti qollarına imza atıb.

 

Sportarena.az xəbər verir ki, o, komandasının səfərdə 6:0 hesablı qələbəyə sevindiyi matçda dubl edib.

 

9 və 31-ci dəqiqələrdə fərqlənən 38 yaşlı forvard özünə məxsus rekordu yeniləyib. Portuqaliyalı hazırda dünyanın milli komandalarının heyətində ən çox qol vuran futbolçudur. Onun hesabında artıq 122 qol var. Təcrübəli futbolçu bu qolları 198 matçda rəqib qapılarından keçirib.

 

Ronaldonun ən yaxın izləyicisi İran yığmasının keçmiş futbolçusu, Azərbaycan əsilli Əli Daeidir. O, vaxtilə 148 matçda 109 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti