Daha 3 komandaya texniki məğlubiyyət verildi

22:11 28 Mart 2023

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

Region Liqasının “Şirvanovka” – “Difai” oyununda “Difai”nin futbolçusu Fərid Bədəlov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Difai”nin digər futbolçuları – Bayram Paşazadə və Anar Məmmədov qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqlarına görə 4 oyun diskvalifikasiya olunublar.

 

Gənclər Liqasının “Neftçi” PFK – “Sabah” FK oyununda “Sabah”ın futbolçusu Emil Həbibov rəqibi təpiklə vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

 

U-15 Liqasında keçirilməli olan “Atletiko Baku” – “Zaqatala” qarşılaşması “Zaqatala” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-12 Liqasının “Sumqayıt City” – UGİM-2 (Sumqayıt) qarşılaşması UGİM-2 (Sumqayıt) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə UGİM-2 (Sumqayıt) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal ikinci dəfədir təkrarlanır.

 

U-10 Liqasının UGİM (Tovuz) – “Qazax Gəncləri” qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə UGİM (Tovuz) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.


Digər xəbərlər

Xəbər xətti