Messi het-trik etdi, Argentina darmadağınla qalib gəldi

09:51 29 Mart 2023

Futbol üzrə Argentina millisi növbəti yoldaşlıq oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda Kurasao ilə üz-üzə gəlib.

 

Qarşılaşma son dünya çempionunun 7:0 hesablı qələbəsi ilə bitib.

 

Qolları 20, 33 və 37-ci dəqiqələrdə Lionel Messi, 23-cü dəqiqədə Nikolas Qonsales, 35-ci dəqiqədə Entso Fernandes, 78-ci dəqiqədə Anxel Di Mariya və 87-ci dəqiqədə Montiel Qonzalo vurub.


Digər xəbərlər

Xəbər xətti