İsveçli baş məşqçi millimizlə oyundan sonra dalaşdığı ekspertlə barışdı

20:52 29 Mart 2023

İsveç millisinin baş məşqçisi Yanne Andersson evdə Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra dalaşdığı "Viaplay" televiziyasının eksperti Boyan Corciçlə barışıb.

 

Sportarena.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tərəflər bu gün məsələni aydınlaşdırmaq üçün bir-araya gəliblər. Hər iki şəxs qarşılıqlı olaraq bir-birindən üzr istəyib.

 

Qeyd edək ki, Azərbaycan millisi ilə matçdan sonra "Viaplay" televiziyasının studiyasına yollanan 63 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib. Ardınca Corciç 4-cü qolun müəllifi olan Yesper Karlssona az oyun şansı verilməsindən gileylənib. Buna qəzəblənən Andersson onunla mübahisəyə girişib, hətta İsveç millisinin sabiq futbolçusunun üzərinə hücum çəkib. Daha sonra o, əsəbi şəkildə studiyanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti