Rusiya və Belarus tennisçilərinin "Uimbldon"da iştirakına icazə verilib

13:19 1 Aprel 2023

Rusiya və Belarus tennisçilərinin "Uimbldon" turnirində iştirakına icazə verilib.

 

Sportarena.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılar sözügedən ölkə təmsilçilərinə qoyulmuş qadağanın aradan qaldırıldığını açıqlayıblar.

 

Amma onlar əvvəlkitək öz ölkələrinin hökumətlərinə dəstək ifadə edə bilməyəcəklər. Həmçinin, dövlətdən maliyyə yardımı alan idmançılar üçün qadağa qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, əvvəllər Rusiya və Belarus tennisçiləri Böyük Britaniyadan başqa, bütün ölkələrdə ATP və WTA turnirlərində neytral statusda iştirak edirdilər.


Digər xəbərlər

Xəbər xətti