Canni De Byazi:: "İnkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiniz"

11:57 4 Aprel 2023

"Əgər düşüncələrinizi futbolçuların beyninə köçürmək bacarığınız, həmçinin, inkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiniz".

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ölkə xaricində işləmək barədə "firenzeviola.it" saytına müsahibəsində deyib

 

İtaliyalı mütəxəssis bildirib ki, bu təcrübə məşqçiyə çox kömək edir:

"Yerli dinamikaya incəliklə uyğunlaşmağa çalışmalısan. Məsələn, mən əvvəlcə yeni vərdişlərə adaptasiya olmaqda çətinlik çəkirdim. Bu işi görəndə daha az fundamentalizmə və daha çox çevikliyə ehtiyacınız var".

 

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.


Xəbər xətti