Yüksək Liqa: "Azərreyl" finalda, "Abşeron" ümumi hesabı bərabərləşdirib

11:37 6 Aprel 2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yarımfinalın ikinci oyununda da UNEC-ə 3:0 (25:07, 25:14, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" həlledici görüşə vəsiqə qazanıb.

 

Digər yarımfinal matçında isə "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüş qonaqların 3:1 (25:19, 22:25, 29:27, 27:25) hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra ümumi hesab bərabərləşib - 1:1. "Azərreyl"in finaldakı rəqibi bu komandalar arasında keçiriləcək 3-cü qarşılaşmadan sonra bəlli olacaq.

 

UNEC isə bu cütün məğlubu ilə bürünc medal uğrunda yarışacaq.


Digər xəbərlər

Xəbər xətti