Azərbaycan kuboku: Yarımfinalçılar müəyyənləşdi

12:27 15 Aprel 2023

Dünən futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyunda “Baku Fire” “Record” üzərində böyükhesablı qələbə qazanmaqla mərhələ adlayıb.

 

Günün ikinci oyunu gərgin keçib. “Şamaxı” – “Neftçi” matçının əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün komandalar hərəsi 5 dəqiqədən ibarət daha 2 hissə mübarizə aparıb. Daha üstün oynayan “Neftçi” qələbə qazanıb.

 

MUM-la oyunda hesabı U-19 açsa da, gənclər üstünlüyü qoruya bilməyiblər. Təcrübəli futzalçılardan qurulmuş heyətə sahib MUM inamlı qələbə qazanaraq növbəti yarımfinalçı olub.

 

Son matçda da gərgin və barışmaz mübarizə qeydə alınıb. ADBTİA – “Rəvan” matçı qarşılıqlı qollarla müşayət olunub. Duelin yekununda “Rəvan” mərhələ adlamağı bacarıb.

 

Azərbaycan kuboku

1/4 final

14 aprel

Baku Fire – Record club 19:1

Şamaxı – Neftçi İK 3:3 (əlavə vaxtda 4:7)

MUM – U-19 5:2

ADBTİA – Rəvan 5:8

 

Beləliklə, kubokun yarımfinalında bu komandalar qarşılaşacaqlar:

Rəvan – Neftçi İK

MUM – Baku Fire


Xəbər xətti