"Qəbələ" "Səbail"i məğlub etdi - YENİLƏNİB + VİDEO

19:52 18 Aprel 2023

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk matçda "Qəbələ" "Səbail"i qəbul edib.

 

Matçdakı ilk iki qolu qonaqlar vursa da, ev sahibi əzmkarlıq göstərərək geri dönüş etməyi bacarıb - 3:2.

 

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

 

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

18 aprel

"Qəbələ" 3:2 "Səbail" (yekun

Qol: Utziq 34, 66, Felipe Santos 74- İlkin Muradov 9,  Martinov 21

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti