Nazim Süleymanov Rusiya klubunda iş yerini dəyişib

16:42 18 Aprel 2023

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiya klubu “Ximki”də iş yerini dəyişib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis yenidən U-19 komandasının sükanı arxasına keçib.

 

Əvvəllər bu komandaya rəhbərlik edən Süleymanov 2022-ci ilin sentyabrından əvəzedicilərdə çalışıb. Klub rəhbərliyi onu yenidən U-19-a qaytarmaq qərarına gəlib.

 

Əvəzedici komandaya isə Rinat Bilyaletdinov baş məşqçi təyin olunub.


Digər xəbərlər

Xəbər xətti