Nepomnyaşi şahmat tacı uğrunda dueldə yenidən hesabda önə keçib

17:45 18 Aprel 2023

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

 

Sportarena.az xəbər verir ki, yeddinci qarşılaşma Nepomnyaşinin qələbəsi ilə başa çatıb.

 

Ağ fiqurlarla mübarizə aparan 33 yaşlı qrossmeyster 37-ci gedişdə rəqibinə qalib gəlib.

 

Beləliklə, rusiyalı iti zəka sahibi ümumi hesabda önə keçib - 4:3.

 

Şahmatçılar arasındakı növbəti duel aprelin 20-də olacaq.


Xəbər xətti