Ayxan Abbasov: “Neftçi” favorit olsa da, biz də finala çıxmaq istəyirik”

19:43 19 Aprel 2023

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şəhr edib.

 

Sportarena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Kubok iki oyundan ibarətdir. Birinci “45 dəqiqə” bitdi. İstəyirdik ki, evdə üstünlük qazanaq. Çünki, öz azarkeşlərimizin qarşısında oynayırdıq. Burada məğlub olsaydıq, bizim üçün Bakıda daha çətin olardı. Yarımfinala yaraşan atmosfer var idi. Cavab matçına hazırlaşmalıyıq. “Neftçi”nin gücü bəllidir, heyətində çox yaxşı futbolçular var. İkinci hissədə əlimizə düşən fürsətdən yararlana bildik. Zədələr məni üzdü. Əlbəttə, “Neftçi” favoritdir. Amma biz əlimizi aşağı salmayacağıq.

Bu il ilk ilimizdir, yarımfinal həyəcanı yaşayırıq. Bunun özü bir motivasiyadır. Futbolçular hiss edirlər ki, final oynaya bilərlər. Futbolçu karyerası qısa olur. Hər oyunçu istəyir ki, nailiyyət əldə etsin. Son oyunlardakı nəticələr, psixoloji duruma görə futbolçularla danışdıq. Onlardakı enerjini görürdüm. Futbolçuların bugünkü istəyi məni təəccübləndirmir. Onlara inanıram. Buraya gələndə inanıb gəlmişdim. Bu il qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Amma rəqibi unutmayaq. “Neftçi” neçə illərdir kubok gözləyir. Gərgin oyun olacaq. Onsuz da futbolçuların bəziləri zədəlidir. Onların sağalmağı sual altındadır. Çempionat da bizim üçün vacibdir. Xalımızı artırmalıyıq. Tam olaraq kuboka köklənib çempionatı unutmaq istəmirik. Futbolçular məsuliyyəti dərk edir. Mübarizə aparacağıq”.


Digər xəbərlər

Xəbər xətti