Milli komandadan MOİK üzərində qələbə

12:34 26 Aprel 2023

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, birinci divizion təmsilçisi MOİK-lə oyun 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

 

U-18-in heyətində 4-cü dəqiqədə Sənan Muradlı, 63-cü dəqiqədə isə Niyazi Osmanov fərqlənib.


Digər xəbərlər

Xəbər xətti