“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimiz üçüncülük matçına çıxır

12:40 6 May 2023

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası üçüncü yer uğrunda matçına çıxacaq. Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstan yığması ilə üz-üzə gələcək.

 

Turnirin final görüşündə isə Serbiya və Çexiya seçmə komandaları qarşılaşacaq.

 

Beynəlxalq Minifutbol Turniri

Üçüncülük matçı

19:00. Azərbaycan - Qazaxıstan

 

Final

20:30. Çexiya - Serbiya


Digər xəbərlər

Xəbər xətti