Yüksək Liqa: Pley-offun üçüncü oyununun vaxtı açıqlandı

15:00 9 May 2023

Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü turunun oyun cədvəli müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yeganə oyun Bakı İdman Sarayında keçiriləcək.

 

Burada “Baku Fire” ilə “Neftçi” İK komandaları üz-üzə gələcək. Mayın 11-də baş tutacaq oyuna saat 13:30-da start veriləcək.

 

Xatırladaq ki, bu komandalar ilk iki oyunda hərəyə 1 qələbə qazanıblar. Bu üzdən də üçüncü oyuna ehtiyac duyulub.

 

“Araz Naxçıvan” isə “Record”la bir oyunda qələbə qazanıb, ikinci oyun rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən böyük ehtimalla Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.


Digər xəbərlər

Xəbər xətti