Corcinanın paylaşımı tənqid edildi - FOTO

21:51 9 May 2023

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes öz İnstaqram hesabında bikinidə fotolarını paylaşıb.

 

Sportarena.az xəbər verir ki, bu, bir çox izləyicilər tərəfindən tənqid olunub.

 

Səudiyyə Ərəbistanında qeyri-etik sayılan fotoların sosial şəbəkələrdə paylaşılması qadağandır. Ronaldo və Corcina Səudiyyə Ərəbistanında yaşadıqları üçün izləyicilər argentinalı modelin bu addımına mənfi reaksiya veriblər.

 

Hətta onlardan bəziləri yazıb:

"Corcina, əyninə nəsə geyin, Allah səni islah etsin", "Bu şəkilləri çəkdirdiyin üçün Tanrıdan bağışlanmağını diləməlisən".

 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrın 30-da "Əl-Nəsr"ə tansfer olunub. Buna görə də cütlük hazırda Səudiyyə Ərəbistanında yaşayır.


Digər xəbərlər

Xəbər xətti