Dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır

09:34 12 May 2023

Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev tatamiyə çıxacaq.

 

25 yaşlı idmançı 1/16 final mərhələsində Aleksandar Kukolya (Serbiya)/Akobir Abubakri (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti