"Beşiktaş" Bakıda - FOTO

19:29 12 May 2023

Sabah "Sabah"la yoldaşlıq matçı keçirəcək "Beşiktaş" artıq Bakıya çatıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 

 

Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı "Beşiktaş" azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.

 

Qeyd edək ki, “Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti