Simone İnzaqi: "Sabah "İnter"in tarixinin ən vacib matçlarından biridir"

23:32 15 May 2023

"Sabah "İnter"in tarixinin ən vacib matçlarından biridir. Arzumuzu gerçəkləşdirmək və finala yüksəlmək üçün ağıllı ürəklə oynamalıyıq. İlk oyunda 2:0 hesabı ilə qalib gəldik, lakin "Milan" böyük oyunçuları olan güclü rəqib olaraq qalır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında "Milan"la cavab matçı öncəsi deyib.

 

O, klubun azarkeşlərinə səslənib:

"Biz birlikdə olmalıyıq. Azarkeşlərimiz həm yaxşı gündə, həm də çətin vaxtlarda bizimlə olublar".

 

Mütəxəssis "Milan"la cavab oyununa fransalı hakim Kleman Turpinin təyinatını şərh edib:

"Nadir hallar istisna olmaqla, hakimlər haqqında danışmamağa üstünlük verirəm. İlk matçı xatırlayırsınızsa, o zaman bir epizod var idi. Kruniçin cərimə meydançasında Bastoniyə qarşı kobud oyunu başqa cür dəyərləndirilməli idi. Yəqin ki, hesab 3:0 olsaydı, cavab görüşü fərqli məcrada keçəcəkdi. Sabahkı hakimə gəlincə, dostlarım mənə dedilər ki, o, fransızdır və "Milan"da dörd həmyerlisi var. Bu, bizim üçün problem deyil".

 

Qeyd edək ki, sabah keçiriləcək "İnter" - "Milan" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti