"Mançester Siti" "Real"ı darmadağın edərək finala yüksəldi - YENİLƏNİB + VİDEO

09:51 18 May 2023

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gəib.

 

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb. "Etihad" stadionundakı matçda ev sahibi qonaqları darmadağın edərək finala yüksəlib - 4:0.

 

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

17 may

23:00. "Mançester Siti" (İngiltərə) 4:0 "Real Madrid" (İspaniya) (yekun)

Qol: B.Silva 23, 37, Militao 79 (aq), Alvarez 90+1

Baş hakim: Şimon Marçinyak (Polşa)

Mançester, "Etihad" stadionu

İlk oyun - 1:1.

 

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.


Digər xəbərlər

Xəbər xətti