"Reyncers"in hücumçusu "Fənərbaxça"ya keçəcək

15:23 17 May 2023

Türkiyənin "Fənərbaxça" klubu yeni mövsümün transfer fəaliyyətinə indidən start verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

"Sarı-lacivərtlilər"in hədəfində olan oyunçu "Reyncers"də çıxış edən Alfredo Morelosdur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Fənərbaxça" iyun ayında Şotlandiya klubu ilə müqaviləsi başa çatan 26 yaşlı forvardı pulsuz heyətinə qatmağı planlaşdırır.

 

Qeyd edək ki, Alfredo Morelos "Reyncers"ə 2017-ci ilin yayında Finlandiyanın "Helsinki" klubundan transfer olunub. Kolumbiya millisinin üzvü cari mövsümdə Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti