"Vest Hem" və "Fiorentina" finala yüksəldi - YENİLƏNİB

01:40 19 May 2023

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşib.

 

İlk matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" rəqibini İsveçrədəqonaq edib. "Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşmanın 90 dəqiqəsi İtaliya təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Əlavə vaxta gedən matçda sevinən tərəf "Fiorentina" olub, italyanlar matçın son saniyələrində rəqibin qapısında bir daha yol tapıb - 1:3. İki matçın nəticəsinə əsasən "Fiorentina" finala yüksəlib.

 

Yarımfinalın digər oyununda isə İngiltərə "Vest Hem"i Niderlandda "AZ Alkmaar"la münasibətlərinə aydınlıq gətirib. Komandalar arasında ilk oyunda qələbə qazanan London klubu (2:1) ikinci matçda da rəqibini məğlub etməyi bacarıb - 0:1. "Vest Hem" iki matçın nəticəsinə əsasən finala yüksəlib.

 

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

18 may

23:00. "Bazel" (İsveçrə) 1:2 "Fiorentina" (İtaliya) (əlavə vaxt)

Baş hakim: Xose Mariya Sançes (İspaniya)

Bazel, "Sankt-Yakob Park" stadionu

İlk oyun - 2:1

 

23:00. "AZ Alkmaar" (Niderland) 0:1 "Vest Hem" (İngiltərə) (yekun)

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Alkmaar, AZ stadionu

İlk oyun - 1:2

 

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti