“Fənərbaxça”dan “Trabzonspor” üzərində inamlı qələbə

09:34 19 May 2023

Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son gündə daha bir görüş baş tutub.

 

“Fənərbaxça” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

 

Hazırda 76 xala malik “Qalatasaray” vahid liderdir. 2-3-cü pillələrdəki “Fənərbaxça” ilə “Beşiktaş”ın 71 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 52, “Konyaspor”la “Kayserispor” 49, “Trabzonspor” 48 xal toplayıb.

 

Türkiyə Super Liqası

34-cü tur

18 may

Fənərbaxça – Trabzonspor 3:1

Qol: Batşuayi, 11. L.Peres, 58. E.Valensiya, 71 – Trezeqe, 79-pen.


Digər xəbərlər

Xəbər xətti