Medvedevin 20-ci titulu

17:30 22 May 2023

Tennisdə torpaq kortlardakı turnirlərin zirvəsi yaxınlaşır. Bu həftə Parisdə “Rolan Qarros” turnirinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, buna qədər təqvimdə olan “Masters”lərdən sonuncusu dünən Romada yekunlaşıb. Karyerasında ilk dəfə olaraq Daniil Medvedev torpaq kortlarda titul əldə edib. Ən zəif çıxış etdiyi örtük olmasına baxmayaraq, rusiyalı tennisçi 20-ci titulunu məhz İtaliya paytaxtında qazanıb. Finalda o, danimarkalı gənc istedad Holger Runeni məğlubiyyətə uğradıb.

 

Hər iki setdə Medvedev 7:5 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra o , reytinq cədvəlində ikinci pilləyə yüksəlib. Keçmiş bir nömrə Novak Cokoviç isə 3-cü yerə yuvarlanıb.

 

Xatırladaq ki, Novak Romada məhz Holger Runeyə məğlub olmuşdu. Reytinqin birinci pilləsini isə yenidən Karlos Alkaras zəbt edib.

 

1. Karlos Alkaras (İspaniya) – 6815

2. Daniil Medvedev (Rusiya) – 6330

3. Novak Cokoviç (Serbiya) – 5955

4. Kasper Ruud (Norveç) – 4915

5. Stefanos Sisipias (Yunanıstan) – 4775

6. Holger Rune (Danimarka) – 4375

7. Andrey Rublyov ( Rusiya) -4270

8. Yannik Sinner (İtaliya) – 3435

9. Teylor Frits (ABŞ) – 3390

10. Feliks Oje-Aliassim (Kanada) – 3065


Xəbər xətti