“Fənərbaxça” finalda! - VİDEO

09:51 25 May 2023

Türkiyə kubokunda ilk finalçı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunu çərçivəsində “Fənərbaxça” “Sivasspor”u qəbul edib.

 

Sivasdakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında 3 cavabsız qol vuran “Fənərbaxça” ilk finalçı olub.

 

Digər yarımfinal görüşü sabah “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutacaq.

 

Türkiyə kuboku

Yarımfinalın cavab oyunları

24 may

Fənərbaxça – Sivasspor 3:0

Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.

İlk oyun – 0:0.


Digər xəbərlər

Xəbər xətti