PSJ 60 milyon avroya futbolçu transfer edib

13:24 25 May 2023

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az "Desporto" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi uruqvaylı Manuel Uqartenin keçidi üçün Portuqaliya "Sportinq"i ilə razılıq əldə edib.

 

Fransa klubu 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 60 milyon avro ödəyəcək. O, PSJ ilə 5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Manuel Uqarte cari mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti