PSJ Zidanla danışıqlara başladı

17:50 26 May 2023

Kristof Qaltyeni istefaya göndərməyə hazırlaşan PSJ-nin yeni baş məşqçi namizədi bəllidir.

 

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi komandanın "sükan"ı arxasına Zinedin Zidanı gətirməyi planlaşdırır. Klubun prezidenti Nasser Əl Xelaifi 50 yaşlı mütəxəssisə yüksək məbləğdə maaş ödəməyə hazırdır.

 

Zidanın PSJ ilə ilk danışıqlarının müsbət yekunlaşdığı bildirilir.

 

Qeyd edək ki, Zinedin Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.


Digər xəbərlər

Xəbər xətti