Yayda "Bayern"dən ayrılacaq

21:24 26 May 2023

"Bayern"in qışda heyətinə qatdığı Yann Zommer komandadan ayrılacaq.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Manuel Noyer zədəsini sağaldandan sonra heyətə düşmək şansının az olduğunu düşünən 34 yaşlı qapıçı mövsümün sonunda Münheni tərk edəcək. İsveçrəli qolkiperlə "Monako", "Vilyarreal", "Valensiya" və "Lester Siti" maraqlanır.

 

Qeyd edək ki, "Pivəçilər" Yann Zommeri bu ilin yanvar ayında Münhenqladbax "Borussiya"sından 8 milyon avroya transfer edib.


Digər xəbərlər

Xəbər xətti