Bundesliqa klubu onun transfer hüquqlarını da aldı

12:40 27 May 2023

Almaniyanın “Ayntraxt” klubu bu ilin yanvar ayında Niderlandın PSV komandasından icarəyə götürdüyü müdafiəçi Filipp Maksın transfer hüquqlarını da alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

Bunun üçün Eyndhoven klubuna 1.90 milyon avro ödənilib. 29 yaşlı futbolçu ilə də 3 illik müqavilə imzalanıb.

 

Sol cinah müdafiəçisi yanvardan bəri “Ayntraxt”da 13 oyuna çıxıb, 1 asist edib.

 

“Şalke”nin yetirməsi olan futbolçu Almaniyada “Karlsrue” və “Auqsburq”un da formasını geyinib.


Xəbər xətti