Ten Haq rəhbərlikdən şikayətləndi

15:48 29 May 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun transfer siyasəti haqda danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klub rəhbərliyinin qışda transferlərə pul ayırmadığını dilə gətirib və şikayətlənib:

“Rəqiblərimiz qışda transferlər üçün sərmayə ayırdılar, amma biz heç nə etmədik. Nəticəsini də gördük. Rəhbərlik də bilir ki, Premyer Liqada ilk dördlükdə mübarizə aparmaq və kuboklar uğrunda yarışmaq üçün komandaya pul ayırmalısan. Əks halda, heç bir uğurdan söhbət gedə bilməz. Çünki başqa klublar dayanmırlar, iş görürlər”.

 

“Qırmızı şeytanlar” 2022/23 mövsümündə İngiltərə çempionatını üçüncü pillədə başa vurub. Onlar iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Siti” ilə üz-üzə gələcək.


Xəbər xətti