“Qusar” çempion oldu

19:58 4 İyun 2023

AFFA-nın təşkil etdiyi AFFA Region Liqasının 2022/23 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün Tovuz şəhər stadionunda keçirilən final qarşılaşmasında “Çinar-Zəngilan” və “Qusar” komandaları üz-üzə gəlib.

 

Həlledici oyunda rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Qusar” AFFA Region Liqasının 2022/2023-ci illər mövsümünün qalibi olub.

 

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Qusar” komandasının üzvü Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə 2022/2023-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Daha sonra müvafiq olaraq, ikinci yerin sahibi “Çinar-Zəngilan” və qalib “Qusar” komandasına medallar və kubok təqdim edilib.

 

Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.


Digər xəbərlər

Xəbər xətti